11:45 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin ilk 6 ayında monetar şəraiti tənzimləmək məqsədilə 48 depozit hərracı keçirib. Bu hərracların orta həcmi 1 milyard 423 milyon manat təşkil edib.
Yarımillik "Pul Siyasəti İcmalı"na əsasən, hesabat dövründə müxtəlif müddətli (28, 84, 168 və 252 günlük) notlar üzrə ümumilikdə 92 hərrac təşkil olunub. Dövrün sonuna AMB-nin not portfelinin həcmi ilin əvvəli ilə müqayisədə 113 milyon manat artaraq 484 milyon manata çatıb.
Eyni zamanda, iyun ayında keçirilən son hərraclarda qısamüddətli notların gəlirlilik faizləri bütün müddətlər üzrə aşağı düşüb:
28 günlük: 6,75%-dən 6,54%-ə
84 günlük: 6,68%-dən 6,49%-ə
168 günlük: 6,80%-dən 6,48%-ə
252 günlük: 6,85%-dən 6,50%-ə
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026