11:20 - 12.08.2026
12 avqust, Fineko/abc.az. SOCAR-ın dərc etdiyi 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında şirkətin sosial məsuliyyət və yerli iqtisadiyyata töhfə göstəriciləri əks olunub.
Məlumata görə, 2025-ci ildə SOCAR Qrupunun sosial xərcləri 412 milyon manat təşkil edib. Şirkət daxilində Liderlik Akademiyası, Enerji Liderləri və Gənc İstedadlar proqramları çərçivəsində əməkdaşlar üçün 1 milyondan çox təlim saatı təşkil edilib. Azərbaycan üzrə işçilərin bağlılıq göstəricisi 84%, məmnunluq səviyyəsi isə 78% olub.
Bundan başqa, SOCAR yerli biznesin dəstəklənməsi istiqamətində satınalma xərclərində yerli təchizatçıların payını 82%-dən 88%-ə çatdıraraq ölkə daxilində yaradılan iqtisadi dəyəri artırıb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026