Xarici investisiyaların əsas kapitala yönəldilən həcmi 18,2% artaraq 2,4 milyard manata çatıb

12:19 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanda xarici maliyyə mənbələrindən əsas kapitala investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 2,4 milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na əsasən, yanvar-iyun aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlər ümumi investisiyaların 25,8%-ni təşkil edib ki, bu da illik müqayisədə 1 faiz bəndi çoxdur.

Hesabat dövründə ölkədə əsas kapitala ümumilikdə 9 milyard 295,2 milyon manat investisiya yönəldilib (13,8% artım). O cümlədən:

  • Neft-qaz sektoru: 34,3% artaraq 3 milyard 163,6 milyon manat;

  • Qeyri-neft-qaz sektoru: 5,5% artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.