Azərbaycanda mənzil və kirayə qiymətləri artıb

12:38 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Bu ilin iyun ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,4%, may ayının sonuna nisbətən isə 0,3% artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na əsasən, iyun ayında daşınmaz əmlak bazarında ümumi qiymət artımı 8,6% təşkil edib.

Qiymətlər bazarlar üzrə aşağıdakı kimi dəyişib:

  • İlkin mənzil bazarı: orta hesabla 12,4% artım;

  • Təkrar mənzil bazarı: orta hesabla 8,6% artım.