İpoteka və Kredit Zəmanət Fondu 4 milyard manatdan çox kredit verib

12:15 - 12.08.2026


12 avqust, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyət göstərdiyi dövr ərzində əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin göstəricilərini açıqlayıb.

Fonddan verilən məlumata görə, bu günədək 59 216 borcalana 4 milyard 338 min manat məbləğində ipoteka krediti verilib.

Bununla yanaşı, əhalinin mənzil əlçatanlığının artırılması çərçivəsində 9 657 mənzil satmaq öhdəliyi ilə kirayəyə verilmək yolu ilə realizə olunub.