SOCAR emissiyaları 1 milyon ton azaltdı – 200 milyon dollarlıq Yaşıl İstiqraz buraxıldı

11:17 - 12.08.2026


12 avqust, Fineko/abc.az. SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında iqlim fəaliyyəti və dekarbonizasiya istiqamətində əldə etdiyi mühüm nəticələri açıqlayıb.

Hesabat dövründə "Azneft" İB-də həyata keçirilən sızmaların aşkarlanması və aradan qaldırılması proqramı (LDAR) sayəsində təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyasının qarşısı alınıb. Şirkət dekarbonizasiya üzrə Yol Xəritəsinə uyğun olaraq metan emissiyalarının azaldılması, elektrikləşdirmə və bərpaolunan enerji mənbələrinin genişləndirilməsini hədəfləyir.

Eyni zamanda, bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi məqsədilə SOCAR 200 milyon ABŞ dolları məbləğində "Yaşıl İstiqrazlar" buraxıb. Əməliyyatların idarə edilməsini səmərəliləşdirmək üçün isə vahid "ESG Data Platforması" istifadəyə verilib.