22:07 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Dünyanın ən böyük sığorta birjası olan «Lloyd's of London» Səudiyyə Ərəbistanının gəmiçilik sektoruna Qırmızı dəniz akvatoriyasında bu ölkə ilə əlaqəli gəmilər üçün hərbi risklərdən sığorta satışını dayandırdığını bildirib.
Məhdudiyyətlərə «Səudiyyə Ərəbistanı ilə təmas nöqtəsi» olan istənilən gəmi — o cümlədən üçüncü ölkələrin bayrağı altında üzən və ya əvvəllər Səudiyyə limanlarına daxil olmuş gəmilər şamil edilir. Bu addım Ərəbistan yarımadasının hər iki tərəfindəki dəniz ticarət yollarını faktiki olaraq blokada şəraitinə salır.
Paralel olaraq, husilər Səudiyyə Ərəbistanının infrastrukturuna endirilən son zərbələrin yalnız yeni genişmiqyaslı hərbi əməliyyatın başlanğıcı olduğu barədə xəbərdarlıq ediblər.
8 Avqust 2026
8 Avqust 2026