Malakka boğazı üzrə risklər neft bazarlarında narahatlığı artırır

20:02 - 10.07.2026


10 iyul, Fineko/abc.az. İnvestorlar Malakka boğazı ətrafındakı vəziyyəti daha diqqətlə izləyirlər. Bu, Hörmüz boğazına bənzər tranzit rüsumlarının tətbiqi ehtimalları ilə bağlı narahatlıqlarla əlaqədardır.

Bu əsas marşrutdan dünya ticarətinin 30%-ə qədəri və dəniz yolu ilə daşınan neftin təxminən yarısı keçir. Məhdudiyyətlər tətbiq olunarsa, tankerlar Avstraliya ətrafı ilə hərəkət etməli olacaq ki, bu da çatdırılma müddətini 10–15 gün artıracaq və xərcləri yüksəldəcək.

Ekspertlər xəbərdarlıq edir ki, mümkün “rüsum müharibəsi” xərclərin artmasına, bazar dəyişkənliyinin güclənməsinə, sığorta qiymətlərinin bahalaşmasına və dünya neft qiymətlərinə təzyiqin artmasına səbəb ola bilər.