14:33 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərdə elə bir vəziyyətin yarandığını düşünmür ki, bu, respublikanın təşkilatla gələcək əməkdaşlığını nəzərdən keçirməsinə mane olsun.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edib.
O bildirib ki, Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq aktiv şəkildə davam edir və tərəflər mövcud məsələlərin həllinə ümidlidir.
Paşinyan vurğulayıb ki, Ermənistan Aİİ-də qalır və ittifaq çərçivəsində işini davam etdirir.
Xatırladılıb ki, 2025-ci ildə Ermənistanda Avropa İttifaqı-na üzvlük niyyəti ilə bağlı qanun qəbul edilib, lakin İrəvan həm Aİİ, həm də Aİ-yə eyni vaxtda üzvlüyün uyğun olmadığını qəbul edir.
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026