11:39 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
ABC.AZ rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkədə uçot dərəcəsi 6,5% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib. AMB qərarı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi və makroiqtisadi mühitlə əlaqələndirib. May ayında 12 aylıq inflyasiya 5,6% (qida 6.6%, qeyri-qida 3.9%, xidmət 5.7%) olub.
Bundan əlavə, AMB pul siyasəti qərarlarının açıqlanması qrafikinə dəyişiklik edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın açıqlanması və mətbuat konfransının keçirilmə tarixi 2026-cı il avqust ayının 5-dən iyul ayının 31-nə dəyişdirilib.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026