16:32 - 22.06.2026
22 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 181,8 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
ABC.AZ Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 28 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə mayda isə Gürcüstan Azərbaycandan 28,3 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 53 % çoxdur.
Bu ilin ilk 5 ayı ərzində Gürcüstan xarici ölkələrdən 1 milyard 130 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 45 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 562 milyon ABŞ dolları, Türkiyədən 100 milyon ABŞ dolları, Rumıniyadan 61,5 milyon ABŞ dolları, Bolqarıstandan 44 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
22 İyun 2026
22 İyun 2026
20 İyun 2026
20 İyun 2026
20 İyun 2026