ABŞ Almaniyaya qarşı dərman araşdırmasına başladı: "Qiymətlər ədalətli deyil"

10:00 - 20.06.2026


20 iyun, Fineko/abc.az. ABŞ Ticaret Nümayəndəliyi (USTR), Almaniyanın innovativ dərman preparatlarına tətbiq etdiyi aşağı kompensasiya (geri ödəniş) siyasətinin ABŞ ticarətinə zərər vurub-vurmadığını müəyyənləşdirmək məqsədilə 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində rəsmi sorğu və təhqiqat başladıb.

ABC.AZ xəbər verir ki, ABŞ rəsmiləri Almaniya tərəfi ilə aylarla davam edən ikitərəfli müzakirələrin nəticəsiz qalmasından sonra bu addımı atıb. Vaşinqton iddia edir ki, Berlinin mövcud siyasəti innovativ dərmanların qlobal tədqiqat və təkmilləşdirmə (R&D) xərclərinin qeyri-mütənasib şəkildə ABŞ-ın üzərinə düşməsinə səbəb olur.

Araşdırmanın əsas detalları və ittihamlar:

  • "Ədalətsiz mexanizmlər": İttihamlara görə, Almaniya hökuməti müzakirə edilən dərman qiymətlərinin gizli saxlanılması müqabilində ABŞ şirkətlərindən əlavə endirimlər tələb edir və məcburi dəyişkən dərəcəli geri ödəniş mexanizmləri tətbiq edir.

  • Prosedur müddəti: Soruşdurma çərçivəsində aidiyyatı tərəflər yazılı rəylərini cari ilin 10 avqust tarixinə qədər təqdim etməlidir. Sentyabrın 22-də isə USTR tərəfindən geniş ictimai dinləmə keçiriləcək.

  • ABŞ-dan "geri addım" xəbərdarlığı: ABŞ-ın Ticarət nümayəndəsi Ceymison Qrir  Almaniyanın innovativ dərman xərclərini daha da azalda biləcək yeni qanun layihəsini sürətləndirməsindən narahat olduqlarını bildirib. Qrir bunu tərəfdaşların qlobal tibbi innovasiyaların maliyyələşməsinə ədalətli töhfə verməli olduğu bir dövrdə "ciddi bir geri addım" kimi qiymətləndirib və Berlini konstruktiv dialoqa çağırıb.