Türkiyə “Coca-Cola”nı soyuducuların 35%-ni rəqiblərə ayırmağa məcbur edib

20:07 - 19.06.2026


19 iyun, Fineko/abc.az. Türkiyənin Rəqabət Şurası “Coca-Cola Sales and Distribution Inc.” şirkətini satış məntəqələrindəki markalı soyuducuların 35%-ni rəqib məhsullar üçün ayırmağa məcbur edib.

ABC.AZ xəbər verir ki, qərara əsasən bu hissə fiziki olaraq ayrılacaq və xüsusi nişanlanacaq, həmçinin şirkətin endirim siyasətinə məhdudiyyətlər tətbiq olunacaq. Tədbir içkilər bazarında rəqabətin gücləndirilməsi və rəqib məhsulların satış nöqtələrinə çıxışının genişləndirilməsi məqsədi daşıyır.