14:13 - 19.06.2026
19 iyun, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Azərbaycan ilə Körfəz ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt, arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 26.34 mln. dollar təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 20.33 mln. dolları Azərbaycana daxil olan, 6.01 mln. dolları isə Azərbaycandan həmin ölkələrə göndərilən vəsaitlərin payına düşüb.
Nəticədə Azərbaycanın Körfəz ölkələri ilə pul baratları üzrə müsbət saldosu 14.32 mln. dollar olub. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici 11.13 mln. dollar təşkil etmişdi. Beləliklə, müsbət saldo bir il ərzində 28.6% artıb.
Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana daxil olan pul baratlarının həcmi 9.89 mln. dollar olub ki, bu da illik müqayisədə 27.4% çoxdur. Azərbaycandan BƏƏ-yə köçürmələr isə 4.6% azalaraq 5.17 mln. dollara enib. Nəticədə saldo 4.73 mln. dollar təşkil edib, halbuki ötən ilin eyni dövründə bu göstərici 2.35 mln. dollar idi.
Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən vəsaitlərin həcmi 5.79 mln. dollar olub. Bu göstərici illik müqayisədə 2.6% azalsa da, ölkə Azərbaycana pul köçürmələrinin həcminə görə Körfəz regionunda ikinci yeri qoruyub.
Qətərdən Azərbaycana daxil olan pul baratları 13.9% azalaraq 3.84 mln. dollara düşüb. Bununla belə, Qətər Azərbaycana pul köçürmələrinin ən böyük mənbələri sırasında qalmaqdadır.
Küveytdən Azərbaycana göndərilən vəsaitlərin həcmi 34.9% artaraq 800 min dollara yüksəlib.
19 İyun 2026
19 İyun 2026