Tramp: Neft axır, birjalar sürətlə yüksəlir

22:30 - 18.06.2026


18 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp İranla imzalanmış yeni sazişdən sonra Hörmüz boğazının yenidən gəmiçilik üçün açılmasına diqqət çəkərək, qlobal enerji tədarükünün bərpa olunduğunu bildirib.

ABC.AZ xəbər verir ki, özünə məxsus "Truth Social" sosial şəbəkə hesabında paylaşım edən Tramp, "Neft axır, İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək" ifadələrini işlədərək dünyanın artıq daha təhlükəsiz olduğunu qeyd edib.

ABŞ rəhbəri qlobal və daxili maliyyə bazarlarındakı son vəziyyəti yüksək qiymətləndirib:

  • "Birjalar rekord qırır": Donald Tramp sazişdən sonra bazarlarda kəskin canlanma olduğunu vurğulayıb: "Fond birjaları sürətlə yüksəlir, məşğulluq rekord səviyyədədir və qiymətlər aşağı düşür. Qiymətlər olduqca münasibdir. Ölkəmiz heç vaxt olmadığı qədər təhlükəsiz və hörmətlidir".