TCMB: İyun ayında inflyasiyanın əsas tendensiyasında azalma davam edib

22:00 - 18.06.2026


18 iyun, Fineko/abc.az. Türkiyə Cümhuriyyət Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini sabit saxladığı iyun iclasının xülasələrində inflyasiyanın əsas tendensiyasında  azalma meylinin cari ayda da davam etdiyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, mətndə may ayında bazar iştirakçılarının inflyasiya gözləntilərində müəyyən artım müşahidə olunduğu, bununla belə qabaqcıl (öncü) iqtisadi göstəricilərin iyunda dezenflyasiya prosesini dəstəklədiyini vurğulanıb.

Mərkəzi Bankın hesabatından əsas sektorlar üzrə proqnozlar:

  • Xidmət və baza malları: Mövsümi amillərdən təmizlənmiş göstəricilərə görə, aylıq xidmət inflyasiyasının yavaşlayacağı, baza malları inflyasiyasının isə nisbətən sabit xətt üzrə hərəkət edəcəyi proqnozlaşdırılır.

  • Enerji və yanacaq qiymətləri: Elektrik enerjisi və təbii qaz tariflərindəki artımlara baxmayaraq, beynəlxalq bazarlarda Brent markalı neftin ucuzlaşması ölkədaxili yanacaq qiymətlərini aşağı salıb. Bu səbəbdən iyunda daxili enerji qiymətləri sabit qalacaq. Nəqliyyat xidmətlərində də bayram effektinin bitməsi ilə mülayim dinamika gözlənilir.

  • Qida və geyim sektoru: Qeyri-böyük emal olunmuş qida  qrupunda tərəvəz qiymətləri fonunda eniş qeydə alınıb. Geyim və ayaqqabı sektorunda isə iyun ayından etibarən endirim mövsümünün başlaması ilə qiymət artımının minimum səviyyədə olacağı gözlənilir.