17:22 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin ilk 7 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8 milyon manat təşkil edib.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu sektor üzrə büdcəyə proqnozdan əlavə 251,8 milyon manat vəsait ödənilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8% yüksəlib.
8 Avqust 2026
8 Avqust 2026