BTC kəməri ilə neft ixracı 9,4 % azalıb

12:08 - 18.06.2026


18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 10 milyon 556,4 min ton neft nəql edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 5 ayının göstəricisinə nisbətən 9,4 % azdır. Ötən dövr ərzində nəqletmənin 76,8 %-i BTC kəməri ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 %-ni və ya 8 milyon 700 min tonunu Azərbaycanda hasil edilən neft, 17,6 %-ini və ya 1 milyon 856,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 10,4 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 4,05 % azalıb.