Aİ miqrant mərkəzləri üçün €20 mlrd ayırmaq istəyir

20:00 - 16.06.2026


16 iyun, Fineko/abc.az. Avropa İttifaqı ölkələri 2028–2034-cü illər üçün Aİ-dən kənarda miqrant mərkəzlərinin yaradılması və maliyyələşdirilməsinə €20 mlrd ayırmağı müzakirə edir.

ABC.AZ xəbər verir ki, bu vəsaitlərin ittifaqın xarici siyasət büdcəsinin təxminən 10%-ni təşkil etməsi gözlənilir. Mərkəzlərdə sığınacaq müraciəti rədd edilən şəxslərin apellyasiya və ya deportasiya prosesi tamamlanana qədər yerləşdirilməsi nəzərdə tutulur. Qərar hələ yekunlaşmayıb, lakin sənədin yaxın vaxtlarda Aİ Şurası və Avropa Parlamentində təsdiqlənməsi gözlənilir.