14:00 - 16.06.2026
16 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-may ayında Azərbaycana 542 milyon 270 min dollar dəyərində 26 805 ədəd cəmi avtomobil idxal olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 31.3%, miqdar ifadəsilə 37.3% azalıb.
O cümlədən, 2025-ci ilin yanvar-may ayında isə Azərbaycana 789 milyon 752 min dollar dəyərində 42 786 ədəd cəmi avtomobil gətirilib.
Bu ilin ilk 5 ayında Azərbaycana minik avtomobillərinin idxalı 23 411 ədəd ikən, əvvəlki ildə 39 009 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 40% azalıb.
16 İyun 2026
16 İyun 2026
15 İyun 2026