ABŞ Çin mallarına 7,5%-lik yeni gömrük rüsumu tətbiq etməyi nəzərdən keçirir

17:43 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Amerika Birləşmiş Ştatları Pekini həddindən artıq istehsal gücləri yaratmaqda ittiham edərək Çin mallarına 7,5%-lik yeni gömrük rüsumunun tətbiqini müzakirə edir. Bu qərarın Donald Tramp və Si Tszinpin arasında sentyabrın 24-nə planlaşdırılan rəsmi görüşdən əvvəl qəbul edilə biləcəyi gözlənilir.

Mənbələrin verdiyi məlumata görə, rüsumun yekun dərəcəsi hələ tam təsdiqlənməyib. Variantlardan birinə əsasən, əvvəlcə daha yüksək tarifi müəyyənləşdirmək, daha sonra isə effektiv dərəcəni 7,5% səviyyəsində saxlamaq üçün onun tətbiqini qismən dayandırmaq təklif olunur.

Vaşinqton bu addımla qlobal bazarda qiymət təzyiqi yaradan Çin idxalına qarşı ticarət balansını qorumağı hədəfləyir.