17:17 - 26.08.2026
26 avqust, Fineko/abc.az. Elektron ticarət sektorunda 2018–2025-ci illəri əhatə edən analitik təhlil qlobal bazarda güclər nisbətinin köklü şəkildə dəyişdiyini ortaya qoyur. Yeddi il əvvəl "Amazon" bazarda təkbaşına hökmranlıq etdiyi halda, bu gün Asiya mənşəli platformaların həmləsi ilə ikiqütblü yeni bazar modeli formalaşır.
"Amazon" 250%-dən 420%-ə yüksələrək liderliyini saxlasa da, onun artım tempində gözə çarpan zəifləmə müşahid olunur. Sektorun əsas sıçrayışını isə 2018-ci ildəki 100% göstəricisini 2025-ci ilə qədər 260%-ə yaxınlaşdıran "Temu" reallaşdırıb. Digər tərəfdən, "AliExpress" (50%-dən 85%-ə) və "eBay" (25%-dən 45%-ə) mülayim artımla kifayətlənir, "Shein" tədricən inkişaf edir, "Wish" (1%) isə bazarda demək olar ki, mövqeyini itirir.
Qlobal elektron ticarət platformalarının dinamikası:
Amazon: 250% ➔ 420% (Liderliyini qoruyur, lakin temp zəifləyir)
Temu: 100% ➔ 260% (Bazarda ən kəskin sıçrayış edən oyunçu)
AliExpress: 50% ➔ 85% (Mülayim artım)
eBay: 25% ➔ 45% (Zəif temp)
Shein və Wish: "Shein" sabit artır, "Wish" (1%) stasiya vəziyyətindədir.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026