16:45 - 26.08.2026
26 avqust, Fineko/abc.az. Böyük Britaniyanın energetika tənzimləyicisi "Ofgem" Yaxın Şərqdəki hərbi münaqişələrin topdansatış xərclərini yüksəltməsi səbəbindən oktyabr ayından etibarən enerji qiymətnin 4% artırdığını bəyan edib.
Qurumun nümayəndəsi Nil Kenvard beynəlxalq qaz qiymətlərindəki yüksək səviyyənin ölkədəki enerji xərclərini artırmağa davam etdiyini bildirib.
Hökumətin elektrik enerjisi qəbzlərindən Əlavə Dəyər Vergisini (ƏDV) ləğv etməsinə baxmayaraq, qlobal enerji bazarlarındakı dalğalanmalar bu güzəştin müsbət təsirini azaltmışdır. İyul-sentyabr dövrü ilə müqayisədə illik orta qəbz tavanı 60 sterlinq artaraq 1 723 sterlinqə (2 348 dollar) yüksəlib.
Qərarın dəyişkən tariflərdən istifadə edən təxminən 22 milyon təsərrüfata — ölkədəki bütün istehlakçıların 65%-nə şamil olunacağı gözlənilir.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026