15:55 - 26.08.2026
26 avqust, Fineko/abc.az. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2025-ci ili 1,304 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2024-cü ili 1,193 milyon manat xalis zərərlə bağlamışdı.
Hesabat dövründə İdarənin əsas əməliyyat gəlirləri 18,5% artaraq 6,29 milyon manat təşkil edib. Eyni zamanda əsas əməliyyat xərcləri 12,8% azalaraq 4,164 milyon manat, işçi heyəti üzrə xərcləri 36,7% azalaraq 5,4 milyon manat, ümumi inzibati xərcləri isə 40,3% azalaraq 786 min manat olub. Şirkətin subsidiya gəlirləri 27,7% azalaraq 7,633 milyon manata düşüb, mənfəət vergisi ödəmələri isə 294 min manat təşkil edib.
Maliyyə göstəriciləri və balans:
Xalis mənfəət (zərər): 1,304 milyon manat (2024-cü ildə: 1,193 milyon manat zərər)
Əsas əməliyyat gəlirləri: 6,29 milyon manat (+18,5%)
Aktivlər: 197,814 milyon manat (+2,6%)
Öhdəliklər: 555 min manat (-46,8%)
Balans kapitalı: 197,258 milyon manat (+2,8%)
Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2005-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 milyon manatdır. (C) Report
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026