Bakıda tibb və sosial müəssisələrin qarşısında yeni minib-düşmə yerləri təşkil edilib — AYNA

15:02 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 10 ünvanda sərnişinlərin rahat minib-düşməsi üçün xüsusi yerlər və taksi duracaqları təşkil olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv edilərək “Durmaq qadağandır”, “Minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.

Yeni minib-düşmə və taksi duracaqlarının təşkil edildiyi ünvanlar:

  • Cavadxan küçəsi: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri)

  • İsmayıl bəy Qutqaşınlı küçəsi: 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri)

  • Heydər Əliyev prospekti: 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri)

  • Ziya Bünyadov prospekti: 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri)

  • Abbas Mirzə Şərifzadə küçəsi: 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı (minib-düşmə yeri)

  • 9-cu köndələn küçəsi: 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri)

  • Hüseynbala Əliyev küçəsi: “Memar Əcəmi” metro stansiyasının yaxınlığı (minib-düşmə yeri)

  • Süleyman Sani Axundov küçəsi: “Azadlıq Prospekti” metro stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı)

  • Füzuli küçəsi: “28 Mall” ticarət mərkəzinin yanı (minib-düşmə yeri)

  • Şəmsi Bədəlbəyli küçəsi: “28 Mall” ticarət mərkəzinin yanı (avtobus zolağında minib-düşmə yeri)