Hörmüz boğazında gəmiçilik ABŞ–İran razılaşmasından sonra da dərhal bərpa olunmayacaq

12:31 - 16.06.2026


16 iyun, Fineko/abc.az. Hörmüz boğazı vasitəsilə gəmiçiliyin ABŞ və İran arasında mümkün razılaşmadan dərhal sonra bərpa olunmayacağı, normallaşmanın bir neçə həftədən bir aya qədər çəkə biləcəyi bildirilir.

ABC.AZ Financial Times-a istinadən xəbər verir ki, gəmiçilik şirkətləri yalnız siyasi razılaşmanı deyil, bölgədə real sabitliyin yaranmasını və keçidin təhlükəsizliyinə zəmanət verilməsini gözləyirlər. Bölgədəki gərginlik əvvəlki dövrdə Fars körfəzindən neft və qaz daşınmasında əsas marşrut olan bu boğazda tanker hərəkətini faktiki dayandırmışdı.