10:18 - 12.06.2026
12 iyun, Fineko/abc.az. "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask dünya iqtisadiyyatında görünməmiş tarixi rekorda imza ataraq rəsmən planetin ilk trilyonçusu olub.
ABC.AZ "Reuters" agentliyinə istinadən xəbər verir ki, milyarderin kapitalının belə kəskin və sıçrayışlı artımına səbəb onun ən böyük aktivi olan "SpaceX" kosmik şirkətinin rekord maliyyələşmə mərhələsi (vəsait cəlb etməsi) olub.
Şirkət bazardan 75 milyard dollar investisiya cəlb edərək özünün bazar dəyərini (kapitallaşmasını) dəfələrlə artırıb və bu da birbaşa olaraq Maskın şəxsi sərvətinin 1 trilyon dollar həddini aşması ilə nəticələnib.
Ekspertlərin fikrincə, "SpaceX" tərəfindən həyata keçirilən bu tarixi yerləşdirmə və "Starlink" qlobal peyk internet şəbəkəsinin genişlənməsi Maskın rəqiblərindən fərqli olaraq tamamilə yeni "kosmik iqtisadiyyat" nəhənginə çevrildiyini sübut edir.
10 İyun 2026
10 İyun 2026