AMB-nin tarif siyasəti mütəmadi olaraq nəzərdən keçirilir - Vüsal Xəlilov

15:13 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) kartdan karta ödənişlər üzrə rüsum tutmur.

ABC.AZ xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"AMB-nin tarif siyasəti mövcuddur və bu tariflər mütəmadi olaraq nəzərdən keçirilir. Bununla belə, bu xidmətlər bankların öz məhsul və xidmətləri çərçivəsində təqdim olunur və hər hansı bank bu istiqamətdə tarif tətbiq etmək barədə müstəqil qərar qəbul edə bilər. Hazırda AMB səviyyəsində bu cür rüsumların tətbiqi ilə bağlı hər hansı təşəbbüs və ya plan mövcud deyil", - deyə o qeyd edib.