11:21 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” tədbiri çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, sənədi ABA-nın prezidenti Zakir Nuriyev və İctimai Birliyin İdarə Heyətinin sədri Araz İmanov imzalayıblar.
Məlumata görə, imzalanan memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, maliyyə-bank sektoru ilə ticarət şəbəkələri arasında inteqrasiya imkanlarının genişləndirilməsi və birgə layihələrin reallaşdırılması məqsədini daşıyır.