22:31 - 8.06.2026
8 iyun, Fineko/abc.az. "Citigroup"un (Citi) İnkişaf Etməkdə Olan Bazarlar üzrə Strategiya Departamentinin rəhbəri Luis Kosta Yaxın Şərqdə müsbət siyasi irəliləyişlər baş verəcəyi təqdirdə, Türkiyəyə qarşı qlobal risk qavrayışında ciddi rahatlamanın (müsbətə doğru dəyişmənin) qeydə alınacağını bildirib.
ABC.AZ xəbər verir ki, Bloomberg HT-yə müsahibə verən L.Kosta Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) builki faiz qərarları və türk lirəsinin (TL) gələcək taleyi ilə bağlı proqnozlarını bölüşüb:
Mərkəzi Bankın faiz qərarı gözləntisi: "Hazırda Mərkəzi Bankın faiz artırması üçün doğru zaman olduğunu düşünmürəm. Yay aylarında turizm sektoru sayəsində ölkəyə xarici valyuta axını güclənəcək, bu səbəbdən tənzimləyicinin hazırda gözləmə mövqeyində qalacağını təxmin edirəm".
Türk lirəsi üzrə ehtiyatlı mövqe: "Citi" rəsmisi enerji bazarlarındakı mövcud vəziyyətin davam edəcəyi təqdirdə lirənin dəyər itirə biləcəyini qeyd edərək, TL pozisiyalarında hələ də ehtiyatlı davrandıqlarını vurğulayıb. Analitik həmçinin ABŞ-da real gəlirliliyin yüksəlməsinin inkişaf etməkdə olan ölkələrin milli valyutaları üçün mənfi faktor olduğunu diqqətə çatdırıb.
8 İyun 2026