16:30 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Paşinyanın qələbəsi Azərbaycanla sülh prosesini sürətləndirə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə "S&P Global Ratings" reytinq agentliyinin qiymətləndirməsində bildirilib.
S&P Ermənistanın parlament seçkilərinin nəticələrini ölkənin kredit qabiliyyəti üçün müsbət qiymətləndirib.
Agentliyin hesabatında qeyd olunub ki, iyunun 7-də keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının qələbəsi siyasi kursun davamlılığını təmin edir və hökumətin Azərbaycanla sülh danışıqlarını irəli aparmaq imkanlarını gücləndirə bilər.
S&P-nin qiymətləndirməsinə görə, seçki nəticələri hökumətə yeni mandat verməklə qısamüddətli siyasi qeyri-müəyyənliyi azaldır və ölkənin kredit profilini dəstəkləyir.
Bununla yanaşı, agentlik vurğulayıb ki, Ermənistanın Qərb ölkələri ilə əlaqələri genişləndirmək cəhdləri Rusiya ilə mövcud iqtisadi və enerji asılılığı səbəbindən çətin olaraq qalacaq.