17:18 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar–iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub.
DVX-dən bildirilib ki, toplanan vəsait proqnoza nisbətən 848,1 milyon manat çoxdur.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6% artıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026