10:03 - 6.08.2026
6 avqust, Fineko/abc.az. Əmək münasibətlərinin leqallaşması və şəffaflaşma nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri iki dəfədən çox artıb və nəticədə dövlət büdcəsindən fonda ayrılan transfertlərin payı azalıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsində bildirib.
Dövlət Vergi Xidmətinin rəisinin sözlərinə görə, 2019-cu illə müqayisədə qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 91% artaraq 1 milyonu keçib. Müqayisə olunan dövrdə əmək gəlirləri 2,5 dəfə (təxminən 6,5 milyard manat) artaraq 11,2 milyard manata çatıb.
Vergi güzəştlərinin müddəti başa çatdıqdan sonra kölgə iqtisadiyyatına geri dönüş riskini minimuma endirmək məqsədilə 3 illik mərhələli keçid modeli seçilib. Bu modelə əsasən, vergi dərəcəsi birinci ildə 3%, ikinci ildə 5%, üçüncü ildə isə 7% təşkil edəcək.
3 Avqust 2026