15:14 - 12.05.2026
12 may, Fineko/abc.az. Hindistanın neft və təbii qaz naziri Hardip Singh Puri, ölkənin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalından imtina etməsi barədə məlumatları təkzib edib.
ABC.AZ xəbər verir ki, bundan əvvəl KİV Hindistanın Rusiya Federasiyasının ABŞ sanksiyalarına tabe olan mayeləşdirilmiş təbii qaz almaq təklifindən imtina etdiyini bildirmişdi.
Puri bildirib ki, “çoxlu miflər yayılır”.
“Bir məqalə oxudum ki, guya Hindistan idxalı dayandırıb və Rusiya Federasiyasından mayeləşdirilmiş təbii qaz (LNG) partiyasını qəbul etməkdən imtina edib”, — deyə Puri qeyd edib.
Onun sözlərinə görə, Hindistan Rusiyadan bu yanacağı idxal etməyib, lakin nazir konkret LNG partiyasının nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirməyib.
3 Avqust 2026
4 Avqust 2026