16:36 - 4.05.2026
4 may, Fineko/abc.az. OAPEC Birləşmiş Ərəb Əmirliklərinin təşkilatdan çıxmasını rəsmi olaraq təsdiqləyib. Qərar 1 may tarixindən qüvvəyə minib.
ABC.AZ xəbər verir ki, bundan əvvəl BƏƏ həm də OPEC və OPEC+ formatından çıxdığını elan etmiş, bunu neft hasilatını müstəqil şəkildə müəyyən etmək istəyi ilə izah etmişdi.
OPEC ölkələrində bu addım müxtəlif reaksiyalar doğursa da, BƏƏ bunu suveren qərar kimi qiymətləndirib və hasilatı artırmaq planları ilə əlaqələndirib.
1968-ci ildə yaradılan OAPEC neft sahəsində iqtisadi və texnoloji əməkdaşlıq məqsədi daşıyır. Təşkilatda Səudiyyə Ərəbistanı, İraq və Küveyt daxil olmaqla 10 ölkə qalır.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026