09:16 - 4.05.2026
4 may, Fineko/abc.az. Bazar ertəsi günü keçirilən hərraclarda etalon markaların qiymətlərində enmə müşahidə olunur.
Bakı vaxtı ilə saat 09:12-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin iyul fyuçersi 0,09 dollar (-0,08%) ucuzlaşaraq bir barel üçün 108,08 dollar təşkil edib. Mayın 1-də keçirilən hərracların yekununda bu müqavilə 2,23 dollar (-2,02%) azalaraq 108,17 dollara düşmüşdü.
Eyni zamanda, "New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" markalı neftin iyun fyuçersinin qiyməti saat 09:12-yə qədər 0,32 dollar (-0,31%) azalaraq bir barel üçün 101,62 dollar olub. Əvvəlki sessiyanın yekununda, 1 may tarixində, sözügedən müqavilə 3,13 dollar (-2,98%) ucuzlaşaraq 101,94 dollar təşkil etmişdi.

8 Avqust 2026
8 Avqust 2026