ARDNF-nin büdcə xərcləri açıqlanıb

16:23 - 23.04.2026


23 aprel, Fineko/abc.az. Cari ilin I rübü ərzində Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 210 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Bu barədə ABC.AZ  fonda istinadən xəbər verir.

Hesabata əsasən 2026-cı ilin yanvar-mart aylarında icrası davam edən layihələrə 7,1 milyon manat yönəldilib, o cümlədən, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 5,9 milyon manat xərclənib.

Həmçinin, sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,4 milyon manat təşkil edib.