Fevral ayında bank sektorunun depozitləri 37.3 milyard manata çatıb

15:22 - 2.04.2026


2 aprel, Fineko/abc.az. Fevral ayında bank sektorunda depozitlər dominant mövqeyini qoruyur və ümumi öhdəliklərin 75.2%-ni təşkil etməklə 37.3 milyard manata çatıb.

ABC.AZ xəbər verir ki, bunun 20.4 milyard manatı hüquqi şəxslərin, 16.9 milyard manatı isə fiziki şəxslərin depozitlərinin payına düşür.

Fiziki şəxslərin əmanətlərində milli valyuta üstünlük təşkil edir və 11.6 milyard manat səviyyəsindədir, xarici valyutada əmanətlər isə 5.2 milyard manat olub. Müddətli əmanətlər 10.7 milyard manat təşkil edib və fevral ayında 210.3 milyon manat artıb, tələbli əmanətlər isə 349.5 milyon manat yüksəlib.

Eyni zamanda, unikal müddətli əmanətçilərin sayı 202.1 min nəfərə çataraq aylıq 2.5%, ilin əvvəlindən isə 4.1% artım göstərib. Hüquqi şəxslərin tələbli depozitləri 15.2 milyard manat olmaqla bu seqmentdə əsas payı qoruyub.

2026-cı ilin fevralında mülayim artım tempini qoruyub. 28 fevral tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın 505 filialı, 85 şöbəsi və 3,507 ATM-i olub, sektorda çalışanların sayı isə 27.3 min nəfər təşkil edib.