12:24 - 19.03.2026
19 mart, Fineko/abc.az. ABŞ administrasiyası Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə hərəkət edən gəmilərə kommersiya sığortası əvəzinə dövlət sığortası almağı məcburi etmək imkanını nəzərdən keçirir. Bu proqram ümumi dəyəri 20 milyard dollara qədər olan gəmiləri əhatə edə bilər.
ABC.AZ xəbər verir ki, proqram DFC (Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası) və "Chubb" özəl sığorta şirkəti vasitəsilə həyata keçiriləcək. Bu layihədən ABŞ-ın gəlirləri on milyonlarla dollar təşkil edə bilər.
Ekspertlər faktiki hərbi müdafiə ilə bağlı qeyri-müəyyənliyin yüksək olduğunu və sığorta təminatının ən tez bir həftədən sonra başlaya biləcəyini qeyd edirlər. İranın zərbə təhdidləri səbəbindən sığorta tarifləri gəmi dəyərinin 0,25%-dən 3%-ə qədər yüksəlib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026