11:11 - 17.03.2026
17 mart, Fineko/abc.az. Rusiyanın Urals markalı neftinin Hindistanda qiyməti 2022-ci ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
ABC.AZ xəbər verir ki, neftin qiyməti bir barel üçün 98,93 ABŞ dollarına çatıb. Hindistan limanlarına tədarük olunan Urals neftinin Brent markasına nisbətdə endirimi 4,8 dollaradək azalıb ki, bu da son dörd ayın ən aşağı səviyyəsidir.
Bundan əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirmişdir ki, neftin bahalaşması büdcə gəlirlərinin artmasına səbəb olur.
8 Avqust 2026
8 Avqust 2026