Litasco Bolqarıstanı LUKOIL-un aktivlərini qanunsuz olaraq müsadirə etməkdə günahlandırdı

15:32 - 26.02.2026


26 fevral, Fineko/abc.az. İsveçrənin Litasco şirkəti, LUKOIL-un xarici aktivlərini idarə edən qurum olaraq, “LUKOIL Neftoxim Burqas” NEZ-i və yanacaqdoldurma məntəqələri şəbəkəsində xarici idarəetmənin tətbiqi ilə bağlı Bolqarıstana qarşı investisiya mübahisəsi başladıb.

ABC.AZ xəbər verir ki, şirkət hakimiyyətin bu addımını kompensasiyasız qanunsuz müsadirə və investisiyaların qorunmasına dair beynəlxalq sazişlərin pozulması kimi qiymətləndirir. Mübahisə sülh yolu ilə həll olunmasa, Litasco İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz-ə (ICSID) müraciət etməyi planlaşdırır.

LUKOIL-un Bolqarıstandakı aktivlərinə xarici idarəetmə 2025-ci ildə sanksiyalar və hakimiyyətlə uzunmüddətli fikir ayrılıqları fonunda tətbiq edilib. Bundan əvvəl şirkət Rusiya neftinə çıxış, ixrac imkanları və əsas infrastruktur üzərində nəzarət imkanlarını itirmişdi.