09:19 - 23.02.2026
23 fevral, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə qeydə alınan artımdan sonra, bazar ertəsi keçirilən ticarət əməliyyatlarında etalon markaların qiymətləri aşağı düşür.
ICE Futures birjasında saat 09:14-ə olan məlumata görə, Brent neftinin aprel fyuçersinin qiyməti $0,88 (1,23%) azalaraq bir barrel üçün $70,88 təşkil edib. Fevralın 20-də keçirilən ticarət əməliyyatlarının yekununda Brent-in aprel fyuçersi $0,10 (0,14%) bahalaşaraq bir barrel üçün $71,76-a çatmışdı.
NYMEX birjasında WTI neftinin aprel fyuçersinin qiyməti saat 09:14-ə qədər $0,82 (1,23%) düşərək bir barrel üçün $65,66 olub. Fevralın 20-də ticarətin yekununda WTI-nin aprel fyuçersi $0,08 (0,12%) bahalaşaraq $66,48 təşkil etmişdi.
Ötən həftə Brent markalı neft 5,92%, WTI isə 5,94% bahalaşıb.
8 Avqust 2026
8 Avqust 2026