09:26 - 13.02.2026
13 fevral, Fineko/abc.az. Ötən gün baş verən azalmadan sonra, cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşməyə davam edir.
Saat 09:23-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin aprel fyuçersinin qiyməti $0,06 (0,09%) azalaraq bir barel üçün $67,46 təşkil edib. Fevralın 12-də keçirilən hərracların yekununda Brent-in aprel fyuçersi $1,88 (2,71%) ucuzlaşaraq $67,52-a düşmüşdü.
NYMEX birjasında WTI neftinin mart fyuçersi saat 09:23-ə qədər $0,10 (0,16%) ucuzlaşaraq bir barel üçün $62,74-a enib. 12 fevral hərraclarının nəticələrinə görə, WTI-ın mart fyuçersi $1,79 (2,77%) dəyər itirərək $62,84 təşkil etmişdi.
Bu həftə ərzində Brent markalı neft 0,87%, WTI isə 1,27% ucuzlaşıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026