Xarici ticarət balansımızın profisiti 662 milyon dollar təşkil edib - Taleh Kazımov

12:04 - 4.02.2026


4 fevral, Fineko/abc.az. Mərkəzi Bank sədri Taleh Kazımov Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisitinin 3,7 milyard ABŞ dolları təşkil edəcəyini gözləyir.

ABC.AZ xəbər verir ki, T.Kazımov bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, ötən ilin 9 ayının nəticələrinə əsasən, CƏB-in profisiti ümumi daxili məhsulun 5,4 %-ni təşkil edib.

"Məbləğ olaraq 3 milyard ABŞ dolları olub. 2026-cı il üçün CƏB üzrə proqnozumuz isə 2,7-2,8 milyard ABŞ dollarıdır", - deyə o qeyd edib.

T. Kazımov ​vurğulayıb ki, illik gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 662 milyon ABŞ dolları təşkil edib: "Lakin daha dəqiq təhlillər üçün biz həmin göstəricidən qızıl idxalını istisna edirik. Bunu etdikdə, xarici ticarət balansının profisiti 6,9 milyard ABŞ dolları formalaşıb".

Müəllif: Elmir Muradov