11:49 - 4.02.2026
4 fevral, Fineko/abc.az. -(özəl xəbər)- Bir neçə gündür sosial şəbəkələrdə fəhlənin yolun asfaltlanması zamanı köhnə adətlərdən istifadə etməsi ilə bağlı paylaşılan görüntülər müzakirələrə səbəb olub. Belə ki, bir çoxları bunu Azərbaycanda bitum çatışmazlığı ilə əlaqələndirib. Görüntülərdəki vəziyyəti qınayan insanlar hesab edir ki, başqa ölkələrə bitum ixrac edən Azərbaycanda bitum çatışmazlığının olması qəbuledilməz haldır. Bəs görəsən, doğurdanmı Azərbaycanda bitum çatışmazlığı var? Elə bu sualla neft məsələləri üzrə ekspert İlham Şabana müraciət etdik.
Ekspert məsələni ABC.AZ-a şərh edərək bildirdi ki, bu insanların məlumatsızlığından irəli gəlir:
"Ölkədə bitum çatışmazlığının olması barədə deyilənlər cəfəngiyyatdır. Sadəcə insanlar məlumatsızdır, xəbərsizdir. Bitum bütün dövrlərdə xüsusi qablarda olub. Azərbaycanın ən varlı olduğu zamanlarda belə bitum qablara yığılaraq istifadə edilib. Bitumu yol kənarına gətirib maşınlarda tökmürlər, o xüsusi qablarda olur. Texnologiya belədir, bu cür olur. Və onu asfaltlanan yolda açıb istifadə edirlər".
Müəllif: Elmir Muradov
10 Avqust 2026
10 Avqust 2026