16:54 - 3.02.2026
3 fevral, Fineko/abc.az. Neft-qaz şirkəti “QatarEnergy” Yaponiyanın ən böyük enerji şirkəti “JERA Co.” ilə mayeləşdirilmiş təbii qazın (LNG) satışı üzrə 27 illik razılaşma bağlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Razılaşmaya əsasən, JERA hər il “QatarEnergy”dən təxminən 3 milyon ton LNG alacaq. Agentliyin məlumatına görə, ötən il Qətər Yaponiyaya təxminən 3,3 milyon ton yanacaq tədarük edib.
Qeyd olunur ki, bu razılaşmanın bağlanması Qətər üçün müsbət siqnaldır. Çünki ölkə son illər Yaponiyada mövqelərini tədricən itirirdi — milli enerji şirkətləri ABŞ kimi digər ixracatçılardan daha çevik tədarük şərtlərinə üstünlük verirdilər.
8 Avqust 2026
8 Avqust 2026