Azərbaycan bankları ötən il qiymətli kağızlardan 546.4 milyon manat faiz gəliri qazanıblar

17:20 - 2.02.2026


2 fevral, Fineko/abc.az. Azərbaycan bankları 2025-ci ildə qiymətli kağızlar üzrə portfellərindən 546.4 milyon manat faiz gəliri əldə ediblər.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 117.1 milyon manat və ya 27.3% çoxdur.

1 yanvar 205-ci il tarixinə bankların qiymətli kağızlar üzrə portfeli 9 milyard 604.5 milyon manat olub. Bu da illik müqayisədə 2.6 faiz cəmi artımdır.

Qeyd edək ki, ötən il ümumilikdə qiymətli kağızlar bazarının əsas iştirakçılarından biri olan Azərbaycan Maliyyə Nazirliyi 9 aylıq xəzinə istiqrazlarının emissiyasına fasilə verib. Əksinə, bazarda depozit təklif edən tərəf kimi çıxış edib. Eyni məsələ, Mərkəzi Bankın sterilizasiya aləti olan notlar da aiddir. Həcmlər öncəki illərdən aşağı olub.