11:44 - 28.01.2026
28 yanvar, Fineko/abc.az. Azərbaycandakı kredit ittifaqları 2025-ci ili 0.3 milyon manat zərərlə başa vurub. 2024-cü ilin eyni dövrünü isə kredit ittifaqları 0.08 milyon manat mənfəətlə başa vurub.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2025-ci ildə kredit ittifaqlarının faiz gəlirləri 2 milyon manat, qeyri-faiz gəlirləri 0.3 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1.2 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 12.4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1.6% azdır. Bunun 10.5 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, illik müqayisədə kredit ittifaqlarının kredit portfeli 0.9% kiçilib.
8 Avqust 2026
8 Avqust 2026