Əfqanıstan bank məhdudiyyətlərinin götürülməsi və aktivlərin açılmasını tələb etdi

15:29 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. Əfqanıstan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti bank məhdudiyyətlərini götürməyə və Əfqanıstan aktivlərini açmağa çağırıb.

ABC.AZ-ın məlumatına görə, xarici siyasət idarəsinin rəhbəri Əmir Xan Mottaki bunu BMT-nin Siyasi Məsələlər üzrə baş katibinin müavini Rozmari DiKarlo ilə görüşündə bildirib.

Onun sözlərinə görə, belə tədbirlər özəl sektorun dəstəklənməsi və humanitar yardımların fasiləsiz təmin olunması üçün vacibdir.

Həmçinin, Əfqanıstan tərəfi daxili siyasət vəziyyəti, təhlükəsizlik tədbirləri, iqtisadi sabitləşmə və qaçqınların geri qaytarılması məsələlərində mövqeyini təqdim edib.