10:06 - 26.01.2026
26 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycan bank sektorunda aktivlərin mənfəətliliyi (RoA) üzrə liderliyi Bank Melli Iran-ın Bakı filialı qoruyub.
ABC.AZ xəbər verir ki, bankın RoA göstəricisi 3.67% təşkil edib, baxmayaraq ki, bu rəqəm 2024-cü illə müqayisədə aşağıdır (6.48%). İkinci yerdə Bank VTB Azərbaycan (2.98%), üçüncü pillədə isə Kapital Bank (2.78%) qərarlaşıb. Kapital Bank ötən illə müqayisədə RoA göstəricisini bir qədər yüksəldə bilib.
Qeyd edək ki, RoA göstəricisi bankların xalis mənfəətinin xalis aktivlərə nisbəti əsasında hesablanır.
8 Avqust 2026
8 Avqust 2026